Ruslan Qurbanov “Zirə”nin heyətində ilk qolunu vurub.
Sportal.az xəbər verir ki, o, Azərbaycan Premyer Liqasının II turunun “Səbail”lə səfər oyununda fərqlənib. Penaltini dəqiq yerinə yetirən Qurbanov 2:1 hesablı qələbəyə töhfəsini verib. O, qol hesabını komandadakı 2-ci matçında açıb. Ruslan “Zirə”nin heyətində rəqib qapısına yol tapan 43-cü futbolçudur. Bunadək 42 oyunçu qol vurmağa müvəffəq olub.
Qurbanovun qolu həm də yubiley xarakteri daşıyıb. “Zirə” Azərbaycan Premyer Liqasında 70-ci səfər qolunu vurub. Bu, rəqib meydanındakı 72-ci görüşə təsadüf edib. "Qartallar" 2018/19 mövsümündə 17, 2015/16 və 2017/18 mövsümlərində 15, 2016/17 mövsümündə 11, ötən çempionatda 11 dəfə rəqib meydanında qol vurubsa, cari turnirdə artıq 3 dəfə fərqlənib.
“Zirə” son 4 çempionat matçını qolsuz tərk etmir.
saytlarin hazirlanmasi