"Qarabağ" Çempionlar Liqası ilə vidalaşdı - YENİLƏNİB

23:47 - 16 Sentyabr 2020

"Qarabağ" bu gün Çempionlar Liqasında III təsnifat mərhələsində Norveçin "Molde" klubu ilə qarşılaşıb.

 

Sportal.az xəbər verir ki, qarşılaşma Kiprin Larnaka şəhərindəki "AEK Arena"da keçirilib. Oyunun əsas və əlavə vaxtında hesab açılmayıb. Penaltilər seriyasında qalib gələn Norveç klubu pley-offa yüksəlib.

 

"Qarabağ" isə mübarizəni Avropa Liqasının pley-off mərhələsində davam etdirəcək.

 

Çempionlar Liqası, III təsnifat mərhələsi

21:00 "Qarabağ" - "Molde" - 0:0 (əlavə vaxt)  (Penaltilər: 5:6)

Qeyri-dəqiq penalti: Etzaz Hussain, 102 ("Molde")

Hakimlər: Srdyan Yovanoviç, Uroş Stoykoviç, Milan Mihayloviç, Novak Simoviç

"AEK Arena".

Xəbər xətti