İngiltərənin "Lester Siti" klubu "Roma"nın yarımmüdafiəçisi Cengiz Ündəri məcburi satın alma şərti icarəyə götürüb.
Sportal.az "Sky Italia"ya istinadla xəbər verir ki, "tülkülər" bu keçid üçün 3 milyon avro təzminat ödəyib. Premyer Liqa klubu mövsümün sonunda daha 25 milyon avro ödəyib, türkiyəli futbolçunun transfer hüququna yiyələnəcək.
Cengizin yeni klubunda illik maaşı 3,5 milyon avro olacaq.
"Roma" Türkiyə millisinin üzvünü 2017-ci ildə "Başakşəhər"dən 14,25 milyon avroya transfer edib. 23 yaşlı futbolçu "canavarlar"da keçirdiyi 3 mövsümdə 88 oyuna çıxıb və 17 qol, 12 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi