Renat Dadaşov əməliyyat olundu

22:28 - 16 Sentyabr 2020

İsveçrənin "Qrasshopper" klubunda çıxış edən Renat Dadaşov sağ ayağından əməliyyat olunub.

 

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin üzvünün əməliyyatı Avstriyada gerçəkləşib.

 

"Əməliyyat yaxşı keçdi. Həyatda eniş-yoxuşlar var, bu da bunun bir hissəsidir. Mənim üçün keçmişdəkindən daha çox çalışmaq zamanıdır. Həyatda heç nə asan deyil və belə hallar məni gücləndirir. Hər günü məni dəstəkləyən ailəm, dostlarım, "Vulverhempton" və "Qrasshopper" klubunun həkimlərinə təşəkkür edirəm. Əvvəlkindən daha güclü qayıtmaq üçün çalışacağam. Tezliklə görüşərik", - gənc futbolçu bildirib.

 

"Vulverhempton" Dadaşovu yayda İsveçrə təmsilçisi "Qrasshopper"ə icarəyə verib. 21 yaşlı hücumçunun bir neçə ay oynamayacağı gözlənilir.

 

Xəbər xətti