"Liverpul" daha bir transferini tamamlayıb.
Sportal.az "Sky Sports"a istinadla xəbər verir ki, "qırmızılar" "Vulverhempton"un vingeri Dioqu Jotanı rənglərinə bağlayıb. Mersisaydlılar bu keçid üçün 38 milyon avro təzminat ödəməyi qəbul edib. 23 yaşlı oyunçu ilə 5 illik razılıq əldə olunub.
Bundan əlavə, "Liverpul" 18 yaşlı niderlandlı müdafiəçisi Ki Huver Yananı 13 milyon avro qarşılığında "Vulverhempton"a verib.
"Vulverhempton" portuqaliyalı futbolçunu 2018-ci ildə Madrid "Atletiko"sundan 14 milyon avroya transfer edib.
saytlarin hazirlanmasi