"Neftçi" "Başakşəhər"in futbolçusunu icarəyə götürdü

13:02 - 19 Sentyabr 2020

"Başakşəhər" Azərbaycanın U-21 millisində çıxış edən Mert Çelikin müqaviləsini 2025-ci ilin iyunun 30-dək uzadıb.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi 20 yaşlı mərkəz müdafiəçisini "Neftçi"yə icarəyə verib. Gənc futbolçu 2 mövsüm "ağ-qaralar"da çıxış edəcək.

 

Mert ötən mövsümü "Kırşehirspor"da keçirmişdi. O, 2013-cü ildə "Qalatasaray"ın akdemiyasından "Başakşəhər"in aşağı yaş qruplarına qatılıb.

Xəbər xətti