Bu gün Azərbaycan Premyer Liqasında 3-cü tura yekun vurulub.
Sportal.az xəbər verir ki, son gündə iki oyun keçirilib. "Sabah" səfərdə "Zirə" ilə qarşılaşıb və 2:0 hesabı ilə qalib gəlib.
Turun mərkəzi oyunu isə Suraxanıda baş tutub. "Qarabağ" "Neftçi"ni qəbul edib və 1:2 hesabı ilə uduzub.
20 sentyabr (bazar)
18:00 “Zirə”– “Sabah” - 0:2
Qollar: Xulio Sezar Rodriqes, 51, Kevin Kubemba, 90+2
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Nahid Əliyev, Nicat İsmayıllı
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Zirə İdman Kompleksinin stadionu.
20:15 “Qarabağ” – “Neftçi” - 1:2
Qollar: Kvabena Ovusu, 10 - Voislav Stankoviç, 12, Namiq Ələsgərov, 68
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Cabarov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Ramiz Mustafayev
“Azersun Arena”.