İngiltərənin "Arsenal" klubundan ayrıldıqdan sonra baş məşqçi fəaliyyətini dayandıran Arsen Venger açıqlama verib.
Sportal.az xəbər verir ki, "The Guardian"a danışan 70 yaşlı mütəxəssis indiki həyatından danışıb:
"Hazırda futboldan uzaq düşmüşəm. Hər gün kitab oxuyur, fərqli idmanla məşğul oluram. Bunlar mənim başımı qatır. Hər gün mütləq 8-10 km gəzirəm. "Arsenal"dan ayrılandan sonra xeyli səyahət etdim. İndi üzərimdə məsuliyyət yoxdur. Yemək yeyəndən dərhal sonra ayağa qalxıb, iş üçün yollanmıram. Əvvəl isə belə deyildi, stress altında idim. Özüm üçün zaman azadlığını kəşf etmişəm. Heç bunun nə məna kəsb etdiyini də bilmirəm. Ancaq yaxşı duyğudur".
Fransalı mütəxəssis 1996-2018-ci illərdə "Arsenal"ı çalışdırırıb. O, "topçular"a 3 Premyer Liqa, 7 Federasiya kuboku və 7 dəfə də super kuboku qazandırıb.
saytlarin hazirlanmasi