"Bakıda hər şey normaldı" - "Qarabağ"ın əcnəbi futbolçusu

11:59 - 29 Sentyabr 2020

"Qarabağ"ın futbolçusu Donald Gerye "Sport.se.pl" saytına müsahibə verib.

 

Sportal.az 31 yaşlı oyunçunun müsahibəsini təqdim edir:

 

- Bakıda, Azərbaycanda vəziyyət necədi? Dağlıq Qarabağ münaqişəsinin böyüməsi sizə, komandaya nə qədər təsir edir?
- Bu münaqişəyə qarışmaq istəmirəm, bu barədə çox danışılıb. Əlbəttə, ətrafımda başa verənləri görə bilirəm. Bakıda demək olar ki, hər şey normaldı. Bəzi məhdudiyyətlər var. Məsələn, saat 21:00-dan səhərə qədər evdən çıxa bilməzsiz. Bunun xaricində normal işləməyə çalışırıq.

 

- Qarşıda Avropa Liqasının pley-off mərhələsində "Legiya" ilə görüşünüz olacaq. Bu matçın favoriti kimdi? Səfərdə oynayacaqsız...
- Oyununun səfərdə keçirilməsinin mənim üçün heç bir əhəmiyyəti yoxdu. Hazırda komandanın əzmkarlığı vacibdi. Kim daha çox çalışsa, o da qalib gələcək.

 

- Mövsümə yaxşı başlaya bilməmisiz. Bu, "Qarabağ" üçün son 7 ildəki ən pis startıdı. Səbəb nədi?
- Komandada bir neçə zədəli futbolçu var. İkincisi, ağlımızda çox matç var, fərqli cəbhələrdə oynayırıq. Belə olan halda yorğunluq olur. "Legiya"nın bizimlə oyuna daha yaxşı hazırlaşması üçün çempionat matçının təxirə salındığını eşitdim. "Legiya"nın "Lex" ilə oyununun təxirə salınması pis fikir deyil. Futbolçu maşın deyil, robot deyil. Biz də yoruluruq.

 

- Bu mövsüm Çempionlar Liqasının təsnifat mərhələsində iki qol vurmusuz. Heç "Legiya"ya qarşı fərqlənmisiz?
- Əlbəttə. "Legiya"ya iki qol vurmuşam. İndi növbəti birini vurmağa çalışacağam. Yenidən fərqlənə bilsəm, xüsusi bir Haiti rəqsi edəcəyəm.

 

- Deyəsən, bir il əvvəl "Legiya"dan bir təklifiniz var idi ...
- Bəli, belə idi... Ancaq sonra bir neçə başqa təklif gəldi və bununla yanaşı, agentimlə bu mövzuda bəzi fikir ayrılıqlarım oldu. Başqa bir şey, Polşalı olan arvadımın ailəsinin Krakovdan olması və orada hansı reaksiyalara səbəb olacağı məlum idi. Hərçənd, insanlar futbolun bizim işimiz olduğunu anlamalıdılar. Təəssüf ki, hər kəs bunu başa düşmür. İşinizi dəyişdirməyiniz, əvvəlki işi etibarsız etməməlidi. Mən, məsələn, "Visla"ya çox minnətdaram, çünki onsuz mən hazırkı yerimdə olmazdım. "Visła"nın hər matçını izləyirəm, tez-tez Yakub Jezniçakdan yayım üçün link istəyirəm.

 

- "Legiya"nın hazırkı oyunçularını tanıyırsınız?
- Həyat yoldaşımın ailəsinə zəng etdim, indi "Legiya"nın necə olduğunu dedilər. Bundan əlavə, "Qarabağ"da məndən "Legiya" barədə də soruşublar. Düzü, qarşımızda çətin bir vəzifə var, çünki rəqib çox yaxşı komandadı.

 

- Millidə oynamaqdan imtina etdiyiniz doğrudu?
- Bəli. Xəstə olduğum üçün getmədim.

Xəbər xətti