AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Sportal.az xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının IV turu ilə bağlı aşağıdakı qərarlar verilib.
“Səbail” – “Sabah” oyununda hər iki komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar 800 manat cərimə olunub.
“Keşlə” – “Zirə” oyununda qonaq komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunb.
“Neftçi” – “Qəbələ” oyununda oyun öncəsi təcili yardım nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 400 manat cərimə olunub.
saytlarin hazirlanmasi