Polşa mətbuatı (dziennikpolski24) Avropa Liqasının pley-off mərhələsində keçiriləcək "Legiya" (Polşa) - "Qarabağ" oyunundan öncə məqalə dərc edib.
Sportal.az xəbər verir ki, nəşr "Qarabağ"ın erməni işğalında olan torpaqları təmsil etdiyi barədə yazıb:
"Legiya"nın rəqibinin rəsmi adı "Qarabağ" olsa da, bu ölkənin jurnalistləri, azarkeşləri "Qarabağ Ağdam" adlandırırlar. Bir zamanlar bu komandada "Legiya"nın kapitanı olmuş Yakub Jezniçak da çıxış edib, Çempionlar Liqasının qrupunda mübarizə aparıb. "Qarabağ" ev oyunlarını təmsil etdiyi Ağdamda deyil, Bakıda keçirir.
Çünki Ağdam şəhəri ermənilərlə toqquşma nəticəsində tamamilə xarabalığa çevrildi və indi şəhərdə cəmi bir məscid var. Bir vaxtlar Ağdamda 150 min isan yaşayırdı, indi isə bu rəqəm 360-dır. 1993-cü ildə Ermənistan ordusu heç bir hüququ olmadan bu şəhərə daxil oldu və işğal etdi. Ağdam azərbaycanlıların dərin xatirəsidir. Bir neçə gün əvvəl yenə tərəflər arasında münasibət alovlandı. Hər iki ölkədə hərbi vəziyyət elan olunub.
Nəşr Yeni Avropa İnstitutu və Varşava Universitetinin Siyasi Elmlər və Beynəlxalq Araşdırmalar Fakültəsinin professoru Mieşko Rajkieviçin fikirlərini öyrənib:
"Qarabağ" klubunun adı Azərbaycan dilində təbii ki, "Qarabağ" səslənir. Lap qədimdən etnik cəhətdən Qarabağda azərbaycanlılar olub. Əlbəttə, bu gün kimdən soruşsanız, Dağlıq Qarabağın Azərbaycana aid olduğunu bildirəcək. Amma burada faciəvi bir məqam var: bu bölgədə artıq uzun illərdir ermənilər yaşayır. Polşa da daxil olmaqla digər Avropa ölkələrində bu barədə məlumatlar var və "Qarabağ" klubu bu baxımdan Azərbaycan üçün böyük əhəmiyyət daşıyır. Məncə, klubun adı və uğurları Azərbaycanın siyaəsti üçün vacibdir. Yeni uğur Dağlıq Qarabağla bağlı aktiv milli marka fəaliyyətinə təsir göstərə bilər. Ümumiyyətlə, Azərbaycan Ermənistandan daha yaxşı qəbul edilən ölkədir. İnkişaf etməkdə olan ölkədir və imici sayəsində Azərbaycanın yumşaq gücü daha yaxşı inkişaf edir. Klubun Avropa kuboklarındakı uğurları və çıxışları çox faydalıdır".
saytlarin hazirlanmasi