"Ürəyimizin yarısı burada, yarısı isə Azərbaycandadır" - Qurban Qurbanov

21:45 - 30 Sentyabr 2020

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının pley-off mərhələsində "Legiya" ilə səfər oyunu öncəsi keçirilən mətbuat konfransında iştirak edib.

 

Sportal.az xəbər verir ki, 48 yaşlı mütəxəssis oyunla bağlı danışıb və fikirlərinin eyni zamanda öz ölkəmizdə qaldığını bildrib:

 

"Yeni baş məşqçi gəldikdən sonra "Legiya"nın oyununda dəyişikliklər var. Rəqibimiz standard vəziyyətlərdən yaxşı istifadə edir. Sabah rəqibə qarşı yaxşı oynamağa çalışacağıq. Ordumuz Ali Baş Komandanımızın rəhbərliyi altında Azərbaycan torpağı olan Qarabağın işğalçılardan təmizlənməsi əməliyyatlarına başlayıb. Təbii ki, biz sülh tərəfdarıyıq, ancaq təəssüf ki, düşmənimiz bizlə eyni fikirdə deyil. Ürəyimizin yarısı burda, yarısı isə Azərbaycandadır. Bu əməliyyatlardan xoş xəbərlər alacağımızı gözləyirik. Xalqımız Ali Baş Komandanımıza inanır".

Xəbər xətti