"Qarabağ" Avropa Liqasının qrup mərhələsində! - YENİLƏNİB

23:53 - 1 Oktyabr 2020

Avropa Liqasında pley-off mərhələsinin oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, Azərbaycanı turnirdə təmsil edən "Qarabağ" Polşada "Legiya" ilə qarşılaşıb. Varşavanın "Voyska Polskoqo" stadionunda keçirilən matçda təmsilçimiz rəqibini 3 cavabsız qolla məğlub edərək, qrup mərhələsinə vəsiqə qazanıb.

 

"Qarabağ" ardıcıl 7-ci dəfə ölkəmizi avrokubokların qrup mərhələsində təmsil edəcək.

 

Avropa Liqası
Pley-off

1 oktyabr

 

22.00. "Legiya" (Polşa) - "Qarabağ" (Azərbaycan) - 0:3

Qollar: Patrik Andrade, 50, Abdullah Zubir, 62, Filip Ozobiç, 70
Baş hakim: Tobias Ştiler (Almaniya)

Xəbər xətti