Avropa Liqasında qrup mərhələsinin bütün iştirakçıları müəyyənləşib.
Sportal.az xəbər verir ki, Azərbaycanı turnirdə təmsil edən “Qarabağ” Polşada “Legiya”ya qalib gələrək (3:0) ardıcıl 7-ci dəfə avrokubokların qrup mərhələsində iştirak hüququ qazanıb.
Ağdam klubu eyni zamanda ilk dəfə qrup mərhələsinin püşkatmasında 2-ci səbətdə yer alacaq. Artıq bütün səbətlərin tərkibi dəqiqləşib və təmsilçimizin potensial rəqibləri məlumadu.
Qrup mərhələsinin püşkü bu gün atılacaq.
Avropa Liqası, qrup mərhələsinin püşkatması
I səbət
“Arsenal”, “Tottenhem” (hər ikisi İngiltərə), “Roma”, “Napoli” (hər ikisi İtaliya), “Benfika”, “Braqa” (hər ikisi Portuqaliya), “Bayer” (Almaniya), “Vilyarreal” (İspaniya), ÇSKA (Moskva, Rusiya), “Gent” (Belçika), PSV (Niderland), “Seltik” (Şotlandiya)
II səbət
“Dinamo” (Zaqreb, Xorvatiya), “Sparta”, “Slaviya” (hər ikisi Çexiya), “Ludoqorets” (Bolqarıstan), “Yanq Boyz” (İsveçrə), “Srvena Zvezda” (Serbiya), “Rapid” (Avstriya), “Lester” (İngiltərə), “Qarabağ” (Azərbaycan), PAOK (Yunanıstan), “Standard” (Belçika), “Real Sosyedad” (İspaniya)
III səbət
“Qranada” (İspaniya), AZ, “Feyenoord” (hər ikisi Niderland), AEK (Yunanıstan), “Makkabi” (Tel-Əviv, İsrail), “Hapoel” (Beer-Şeva, İsrail), “Reyncers” (Şotlandiya), “Molde” (Norveç), “Hoffenhaym” (Almaniya), LASK (Avstriya), ÇFR (Rumıniya), “Milan” (İtaliya)
IV səbət
“Lill”, “Nitsa” (hər ikisi Fransa), “Riyeka” (Xorvatiya), “Dandolk” (İrlandiya), “Slovan” (Çexiya), “Antverp” (Belçika), “Lex” (Polşa), “Sivasspor” (Türkiyə), “Volfsberqer” (Avstriya), “Omoniya” (Kipr), ÇSKA (Sofiya, Bolqarıstan), “Zorya” (Ukrayna).
saytlarin hazirlanmasi