"Qarabağ"ın baş direktoru Əmrah Çəlikəl Türkiyənin "Radyo Gol" nəşrinə açıqlama verib.
Sportal.az xəbər verir ki, o, Avropa Liqasının qrup mərhələsində qonşu ölkənin "Sivasspor" klubu ilə matçlarda tribunalarda azarkeşlərin olmasını istədiyini bildirib:
"Sivasspor"la rəqib olmağımız bizi çox sevindirir. İki qardaş ölkənin iki qardaş komandası üz-üzə gələcək. Baş verən hadisələr səbəbindən belə bir oyun bizim üçün motivasiya olacaq. Çox istərdik ki, həm Bakıda, həm də Sivasda tribunaların 30 faizi dolsun. Amma təbii ki, sağlamlıq hər şeydən önəmlidi. Futbol azarkeşlər üçün oynanılır. Bunu qeyd etmək lazımdı. Yerli çempionatda 1 oyun az keçirməklə 6-cı sıradayıq. Hədəfimiz son 7 mövsümdə olduğu kimi, çempionluqdu".
"Qarabağ" I qrupunda "Sivasspor"la yanaşı, İspaniyanın "Vilyarreal" və İsrailin "Makkabi" (Tel-Əviv) klubları ilə mübarizə aparacaq.