Millimizin futbolçusu “Başakşəhər”lə müqavilə imzaladı

21:50 - 6 Oktyabr 2020

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin futbolçusu Serhan Üresin klubu “Başakşəhər”lə yeni müqavilə imzalayıb.

 

Sportal.az xəbər verir ki, 2002-ci il təvəllüdlü yarımmüdafiəçi Super Liqa təmsilçisi ilə peşəkar sözləşməyə qol çəkib.

 

Üresin sentyabrın 24-dən 30-dək Bakıda keçirilən təlim-məşq toplanışında ilk dəfə Azərbaycanın U-19 yığmasında iştirak edib.

 

Qeyd edək ki, “Başakşəhər” ötən mövsüm Türkiyə Super Liqasının çempionu olub.

Xəbər xətti