UEFA Azərbaycan millisinin oyununa Fransa ermənisini təyin etdi

12:26 - 7 Oktyabr 2020

UEFA Millətlər Liqasının III turu çərçivəsində keçiriləcək  Monteneqro - Azərbaycan matçının təyinatları açıqlanıb. 


Sportal.az xəbər verir ki, qarşılaşma İspaniyadan olan hakimlər briqadasına tapşırılıb. Referi Rikardo de Burgos Benqoeçeaya yan xətt hakimləri qismində Roberto del Palomar və Pau Sebrian Devis kömə edəcək. 


Dördüncü hakim funksiyasını Xavyer Estrada Fernandes yerinə yetirəcək. Hakim-inspektor Fransadan Paskal Qaribiyan, UEFA nümayəndəsi isə Serbiyadan İqor Radoyiçiç olacaq. 

Xəbər xətti