"Mümkündür ki, bizimlə oyunda Azərbaycan millisi daha yaxşı formada olsun. Çünki onlar matça oyun keçirmədən çıxacaqlar. Biz isə belə meydanda çıxış etdik".
Sportal.az xəbər verir ki, bu sözləri Monteneqro yığmasının baş məşqçisi Faruk Hadzibeqiç Podqoritsadakı "Qradski" stadionunda Latviya millisi ilə 1:1 hesablı heç-heçə etdikləri yoldaşlıq görüşündən sonra deyib.
Bosniyalı mütəxəssisin sözlərinə görə, meydanın ot örtüyünün oktyabrın 10-da millimizlə keçirəcəkləri UEFA Millətlər Liqasının III tur oyununda da ürəkaçan olmayacağı gözlənilir. Lakin o, belə örtükdə oyun təcrübəsindən yararlanaraq, erkən qol vurmağa çalışacaqlarını diqqətə çatdırıb: "Növbəti qarşılaşmalara buraxacağım heyəti müəyyənləşdirmişəm və seçimimə şübhə etmirəm. Lakin COVID-19 testinin nəticəsini gözləməli olacağıq. Testlərin cavabları çıxmayanadək qərar qəbul edə bilmərik. Vladimir Yovoviçdən koronavirusun çıxdığını eşidəndə şoka düşdüm və bundan çox qorxdum. Çox təəssüf edirəm. Onunla bağlı planlarım var idi, komandamızın vacib fiquru sayılırdı. Lakin problemlərə öyrəncəliyik və şikayətlənmək istəmirəm. Seçimimiz genişdir. Bu gün hamı milli komanda formasına düzgün yanaşma göstərdi".
Qeyd edək ki, Monteneqro - Azərbaycan matçı Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
saytlarin hazirlanmasi