Millimizin üzvü Çempionlar Liqasında iştirak edəcək klubla müqavilə imzaladı

12:16 - 8 Oktyabr 2020

Qadınlardan ibarət Azərbaycan milli komandasının üzvü Vüsalə Seyfəddinova karyerasını Türkiyədə davam etdirəcək. 


Sportal.az xəbər verir ki, sağ cinah futbolçusu Qaziantepi təmsil edən “ALG Spor” klubu ilə müqavilə imzalayb. Son olaraq Rusiyanın “Ryazan VDV” klubunda çıxış edən millimizin üzvü yeni komandasının heyətində uğurlu çıxış etmək niyyətində olduğunu bildirib.  


Qeyd edək ki, “ALG Spor” Türkiyəni Çempionlar Liqasında təmsil edəcək. 

Xəbər xətti