Millimizin baş məşqçisi qovuldu

01:08 - 9 Oktyabr 2020

U-21 Avropa çempionatının seçmə mərhələsinin Slovakiya – Azərbaycan matçında meydan sahibləri 90+4-cü dəqiqədə vurduğu qolla 2:1 hesablı qələbə qazanıb.

 

Sportal.az xəbər verir ki, bu qoldan sonra hakimlərə etirazını bildirən millimizin baş məşqçisi Milan Obradoviç oyunun baş hakimi tərəfindən ikinci xəbərdarlığı alaraq texniki zonadan uzaqlaşdırılıb. Serbiyalı mütəxəssis ilk xəbərdarlığını isə qarşılaşmanın 88-ci dəqiqəsində alıb.

 

Obradoviç yığmamızın oktyabrın 13-də Gürcüstanla səfər matçında texniki zonada ola bilməyəcək.

Xəbər xətti