Qurban Qurbanov da orduya maddi yardım etdi

00:01 - 10 Oktyabr 2020

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib.

Sportal.az xəbər verir ki, o, fonda 20 min manat köçürüb. Q.Qurbanovla yanaşı, Ağdam klubunun bəzi rəsmiləri də fonda maddi yardım edib.

Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fondu Prezident Heydər Əliyevin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılıb. Fond Azərbaycan Silahlı Qüvvələrinin inkişafı və maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə formalaşıb.

Qeyd edək ki, bundan əvvəl "Qarabağ"ın futbolçuları Maksim Medvedev və Qara Qarayevin hər biri fonda 10 min manat iadə etmişdi. (qol.az)

Xəbər xətti