Millimizin oyunu belaruslu hakimlərə tapşırıldı

13:02 - 10 Oktyabr 2020

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin Gürcüstan – Azərbaycan oyununun hakimləri açıqlanıb.


 
Sportal.az xəbər verir ki, 2-ci qrupun oktyabrın 13-dəki belaruslu hakimlər idarə edəcək.


 
Qarşılaşmanın baş hakimi Dmitri Dmitryev olacaq. Ona Denis Yemelyançikovla Anton İqnatsyuk yardım edəcək. Dördüncü hakim Denis Şerbakov olacaq.


 
Qeyd edək ki, matç Qori şəhərindəki Tengiz Burjanadze stadionunda baş tutacaq.

Xəbər xətti