De Byazi 2 futbolçunu kənarda qoydu - onlardan biri Təmkin Xəlilzadədi

13:37 - 10 Oktyabr 2020

Azərbaycan millisininUEFA Millətlər Liqasında Monteneqro yığması ilə bugünkü səfər matçının sifariş vərəqi açıqlanıb.

 

Sportal.az xəbər verir ki, italiyalı baş məşqçi Canni de Byazi Podqoritsadakı görüş üçün “23-lüy”ü müəyyənləşdirib.


 
Belə ki, 64 yaşlı mütəxəssis sərəncamında olan 25 futbolçudan 2-dən bu oyunluq imtina edib. Bunlar müdafiəçi Şəhriyar Əliyevlə ("Keşlə") yarımmüdafiəçi Təmkin Xəlilzadədi ("Sabah"). Onlar “23-lük”dən kənarda qalıb. Şəhriyar hələ ki millidə debüt etməyibsə, Təmkin əsas heyət üzvü sayılır.


 
Qeyd edək ki, Monteneqro – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
 
 

Qapıçılar
1. Emil Balayev
12. Şahrudin Məhəmmədliyev
23. Aydın Bayramov

 

Müdafiəçilər
3. Azər Salahlı
4. Bəhlul Mustafazadə
5. Maksim Medvedev
6. Vüqar Mustafayev
13. Abbas Hüseynov
14. Elvin Bədəlov
15. Bədavi Hüseynov
18. Anton Krivotsyuk
21. Amin Seydiyev

 

Yarımmüdafiəçilər
2. Qara Qarayev
7. Araz Abdullayev
8. Coşqun Diniyev
10. Rəhim Sadıxov
16. Elvin Camalov
17. Rəhman Hacıyev
19. Namiq Ələsgərov 
20. İsmayıl İbrahimli

 

Hücumçular
9. Əli Qurbani
11. Ramil Şeydayev
22. Mirabdulla Abbasov

Xəbər xətti