Millətlər Liqasının qrup mərhələsində Kiprlə keçirilən oyun Azərbaycan yığmasında 4 futbolçunun debütü ilə yadda qalıb.
Sportal.az xəbər verir ki, "Qarabağ"ın iki üzvü: Şahruddin Məhəmmədəliyev, "Sumqayıt"ın müdafiəisi Elvin Bədəlov və "Sabah"ın müdafiəçisi Amin Seydiyev milli komandamızda ilk oyunlarına çıxıb.
Şahruddin Məhəmmdəliyev, Elvin Bədədlov və İsmayıl İbrahimli qarşılaşmaya start heyətdə başlayıb, Amin Seydiyev isə 71-ci dəqiqədə oyuna qoşulub.
Qeyd edək ki, qarşılaşma 0:0 hesabı ilə başa çatıb.