UEFA prezidenti Qarabağ münaqişəsindən danışdı

11:26 - 14 Oktyabr 2020

UEFA prezidenti Aleksandr Çeferin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıb.

Sportal.az xəbər verir ki, Danimarkanın "Sportschau" nəşrinə müsahibəsində bildirib ki, qurum vəziyyəti yaxından izləyir:

"Prosesi izləyirik, ancaq detalları bilmirik. Biz siyasi qurum yox, idman təşkilatıyıq. Siyasi mübarizəyə qoşulmaq istəmirik. Bir neçə həftə əvvəl başladığından, bu da bizim üçün yenilikdi. Bu, kədərli məsələdir və ümidvaram ki, məsələ sülh yolu ilə həll ediləcək".

Jurnalist Daqlıq Qarabağdakı münaqişənin gələn Bakıda keçirilməsi nəzərdə tutulan AVRO-2020-nin matçlarına təsir edib-etməyəcəyi ilə də maraqlanıb: "Bu haqda nəsə demək çətindi. Nəzəri baxımdan Avropa çempionatını 12 yox, 11 ölkədə, hətta 1 ölkədə keçirmək mümkündü. İstədiyimizi edə bilərik. Problem ondadı ki, artıq yarış üzərində işləmişik, hər şey hazırdı. İndi nəyisə dəyişsəydik, bu, ciddi səylər tələb edəcəkdi. Hələlik hadisələrin inkişafını izləməliyik".

Xəbər xətti