Xayme Romero: "Ümid edirəm ki, tezliklə müharibə və virus bitər"

11:53 - 15 Oktyabr 2020

"Qarabağ"ın ispaniyalı futbolçusu Xayme Romero ölkəsinin mətbuatəna açıqlama verib. Sportal.az xəbər verir ki, "El Mundo"ya danışan vinger Azərbaycandakı hərbi vəziyyət və koronavirusla bağlı mövcud durumdan danışıb:

"Təhlükə hissi yoxdu, əvvəlki kimi həyatımıza davam edirik. Qarşıdurma digər bölgədədi. Halbuki burda həmin hadisələri yaşayan çox sayda insan var. Klubda hər şeydən təcrid olunmağımızı, vacib oyunlarımız olduğu üçün özümüzü yalnız işimizə həsr etməyimizi istəyirlər. Çünki münaqişənin yarandığı bölgənin adını daşıyırıq. Buna görə də ciddi hazırlaşmalıyıq. Hər səfər öncəsi testən keçməliyik. Geri dönən də bu hal təkrarlanmalıdı. Martdan sərt karantin qaydaları tətbiq edildi. Kafelər, restoranlar hamısı bağlı idilər. Daha sonra axşama qədər işləməyə icazə verildi. Ümid edirəm ki, müharibə və virus bitər, hər şey yenə normala dönər".

Romeo komandanın baş məşqçisi Qurban Qurbanovla münasibətlərindən də danışıb: "Çox ciddi biri kimi görünsə də, hər kəslə yaxındı. "Qarabağ"ın bütün uğurlarında əsas pay sahibi odu. Ünsiyyət üçün ingilis dilində danışsa da, mən çox bilmirəm. Nə yaxşı ki, ispan dilinə çevirən tərcüməmiçiz var".

O, 2013/14 mövsümündə "Real"ın əsas komandasında PSJ-yə qarşı keçirilən yoxlama görüşü zamanı Kristiano Ronaldonu əvəzlədiyi anı da xatırlayıb: "Onun əvəzinə meydana daxil olmağım insanların diqqətini cəlb etdi. Çünki dünyanın ən yaxşıları ilə oynayırdım. Futbol tarixinin ən güclülərindən birinin yerinə meydana daxil olmaq yaxşı hisslər idi".

Xəbər xətti