"Qarabağ"ın səfər planı müəyyənləşdi

20:56 - 19 Oktyabr 2020

Avropa Liqasının qrup mərhələsinin I turunda Tel-Əviv "Makkabi"si ilə qarşılaşacaq "Qarabağ"ın səfər planı müəyyənləşib.

Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi matçdan bir gün öncə - oktyabrın 21-də İsrailə yollanacaq. "Atlılar" Bakı vaxtı ilə saat 11:00-da çarter reysi ilə Tel-Əvivə uçacaq.

Oktyabrın 22-də "Blumfild" stadionunda keçiriləcək "Makkabi" - "Qarabağ" matçı Bakı vaxıt ilə saat 23:00-da start götürəcək.

Xəbər xətti