Azərbaycan Premyer Liqasının XII turunun “Qarabağ” – “Qəbələ” oyunu təxirə salınıb.
Sportal.az xəbər verir ki, bu barədə qərarı Peşəkar Futbol Liqası verib.
“Qarabağ”ın heyətində 7 futbolçuda COVİD-19 testinin nəticəsi pozitiv olduğu üçün sabah keçirilməli olan görüş baş tutmayacaq. Beləliklə, Premyer Liqada XII turun bütün qarşılaşmaları təxirə salınıb. Bunadək digər üç matç – “Zirə” – “Sumqayıt”, “Neftçi” – “Sabah” və “Keşlə” – “Səbail” qarşılaşmaları da təxirə düşmüşdü.
Turun keçiriləcəyi tarixi Peşəkar Futbol Liqası müəyyənləşdirəcək.
saytlarin hazirlanmasi