Gürcüstanın “Samtrediya” klubunda çıxış edən Nicat Qurbanov Azərbaycana qayıdıb. Buna səbəb futbolçunun zədələnməsidir.
Son məşqlərin birində xəsarət alan oyunçu qonşu ölkədə mövsümün bitməyinə az qaldığı üçün orda qalmağı vacib hesab etməyib. Nicatın yenidən “Samtrediya”ya qayıdıb-qayıtmayacağı isə sual altındadı. Çünki klubda növbəti mövsümün büdcəsi təsdiqlənməyib. Yalnız büdcə təsdiqləndikdən sonra Nicatın “Samtrediya”ya qayıdıb-qayıtmayacağı məlum olacaq.
Nicat bu mövsüm Gürcüstan çempionatında 10 matçda 4 qol vurub.
saytlarin hazirlanmasi