Avropa Liqasının qrup mərhələsinin sonuncu - VI turunda "Vilyarreal"ın qonağı olacaq "Qarabağ"ın İspaniyaya səfər planlı müəyyənləşib.
Sportal.az xəbər verir ki, Ağdam klubu matçdan bir gün öncə - dekabrın 9-da Pireney ölkəsinə yollanacaq. "Atlılar"ı aparacaq təyyarə saat 10:00-da səmaya qalxacaq. "Qarabağ" matçdan dərhal sonra geri qayıdacaq.
Dekabrın 10-da Valensiya şəhərindəki "Keramika" stadionunda keçiriləcək "Vilyarreal" "Qarabağ" görüşü saat 00:00-da start götürəcək.