"Vilyarreal"ın bütün diqqəti Avropa Liqasının qrup mərhələsinin son turunda "Qarabağ"a qarşı matçdadı.
Sportal.az xəbər verir ki, bu barədə komandanın futbolçusu pervis Estupinyan bildirib. O, yalnız Adam klubu ilə görüşdən sonra İspaniya La Liqasındakı matçları düşünəcəklərini qeyd edib:
"Qarşıda "Qarabağ"la oyunumuz var. Qrupda birinci pilləni təmin etsək də, sona qədər oynayacağıq. Qələbə qazanmaq üçün meydana çıxacağıq. İndi yalnız bu görüş haqda düşünürük. Ancaq bu oyundan sonra La Liqadakı qarşılaşmalarımıza köklənə bilərik".
Dekabrın 11-də qrup mərhələsinin sonuncu - VI turunda keçiriləcək "Vilyarreal" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.