2 gün sonra - dekabrın 10-da FIFA milli komandalar üçün ilin son reytinq siyahısını açıqlayacaq. Ancaq indidən komandaların tutacağı mövqe bəllidi.
Sıralamada noyabrla müqayisədə heç bir dəyişiklik gözlənilmir. Buna səbəb yığma komandaların son siyahı açılanandan bəri oyun keçirməməsidi.
Azərbaycan millisinin də nə xal hesabında, nə də mövqeyində dəyişiklik olacaq. Canni De Byazinin çalışdırdığı kollektiv ili 1180 xalla 109-cu pilləyə şərik (Estoniya ilə birgə) kimi başa vuracaq.
Bu isə o deməkdi ki, ötən ili 114-cü yerdə yekunlaşdıran milli 2020-ci il ərzində 5 pillə irəliləyişə nail olub.