AFFA, Peşəkar Futbol Liqası (PFL) və Klublar Komitəsinin videokonfrans formatında növbəti birgə iclası keçirilib.
Sportal.az xəbər verir ki, iclasda icraçı vitse-prezident Elxan Məmmədov, PFL-in prezidenti Ramin Musayev, Premyer Liqa klublarının nümayəndələri və digər rəsmilər iştirak ediblər.
Toplantıda mövcud vəziyyət nəzərə alınmaqla Azərbaycan Premyer Liqasının təqvimi müzakirə olunub, ətraflı fikir mübadiləsi aparılıb.
Müzakirə olunmuş məsələ ilə bağlı qərarı PFL qəbul edəcək.