Ukrayna Premyer Liqasında XIII turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Pavel Paşayevin çıxış etdiyi “Aleksandriya” doğma meydanda "Zarya" ilə qarşılaşıb və 0:2 hesabı ilə uduzub.
Paşayev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
“Aleksandriya” hazırda 16 xalla 14 komanda arasında 8-ci pillədə qərarlaşıb.