"Luverpul"un "Mitdyullan"a qarşı Çempionlar Liqası (1:1) oyununda zədələnən futbolçusu Dioqo Yotanın durumuna aydınlıq gəlib.
Sportal.az xəbər verir ki, Mersisayd klubunun baş məşqçisi Yurqen Klopp dizindən xəsarət alan portuqaluyalının 6-8 həftə yaşıl meydanlardan kənar qalacağını söyləyib. Bu isə o deməkdi ki, Yota üçün artıq il başa çatıb.
Mövsümün əvvəlində "Vulverhempton"dan 44,7 milyon avroya transfer olunan 24 yaşlı futbolçu bu mövsüm 17 oyunda 9 qol vurub.