"Çempionat dayandırılsa, daha çətin olar" - Şahrudin Məhəmmədəliyev

13:24 - 15 Dekabr 2020

“Evdə oturmuşam, istirahət edirəm”.

 

Sportal.az xəbər verir ki, bunu apasport.az saytına “Qarabağ” klubunun koronavirusa yoluxan qapıçısı Şahrudin Məhəmmədəliyev deyib.

 

Azərbaycan millisinin qolkiperi hazırda özünü yaxşı hiss etdiyini söyləyib: “Bir gün temperaturum oldu, bədənim çox pis ağrıyırdı. Həkimin yazdığı dərmanı içirəm. Özümü indi daha yaxşı hiss edirəm”.

 

Məhəmmədəliyev Azərbaycan Premyer Liqasının təxirəsalma ilə davam etdirilməsi qərarına da münasibət bildirib. 26 yaşlı qapıçı Peşəkar Futbol Liqasının doğru qərar verdiyini düşünür: “Düzdür, belə vəziyyətdə oynamaq hər kəs üçün çətindir. Ancaq başqa nə etmək olar? Oynamaq lazımdır, başqa variant yoxdur. Futbolu dayandırmaq olmaz. Çempionat dayandırılsa, daha çətin olar”.

 

Qeyd edək ki, “Qarabağ” Premyer Liqanın XII turu çərçivəsində dekabrın 20-də “Qəbələ” ilə qarşılaşacaq.
 

 

Xəbər xətti