İtaliyada ilin ən yaxşıları

17:38 - 15 Dekabr 2020

"La Gazetta dello Sport" nəşri İtaliyada 2020-ci ilin ən yaxşı komandasının və məşqçisinin adını açıqlayıb.

Sportal.az xəbər verir ki, bu ilin ən yaxşı klubu "Atalanta" olub. Berqamo təmsilçisi Çempionlar Liqasının 2019/20-ci illər mövsümündə 1/4 finala qədər irəliləməyi bacarıb.

İlin məşqçisi isə "Milan"ın çalışdırıcısı Stefano Piolu seçilib.

"Milan"ın hücumçusu Zlatan İbrahimoviç əfsanə, "Lazio"nun forvardı Çiro İmmobile isə ilin adamı mükafatına layiq görülüb.

Xəbər xətti