"Liverpul" 8 milyon avro reklam aldığı ölkənin adını səhv yazdı - QALMAQAL

12:31 - 18 Dekabr 2020

Afrika qitəsində yerləşən ada ölkəsi Mauritius "Liverpul"la reklam müqaviləsi bağlayıb. Amma İngiltərə klubunun ölkənin adını səhv yazması qalmaqala səbəb olub.

 

Mauritius Respubikası ölkəni tanıtmaq üçün "Liverpul"la 3 illik 8 milyon avro dəyərində müqavilə imzalayıb. Anlaşmaya əsasən, "qırmızılar"ın evdə oynayacağı matçlarda 6 dəfə 20 saniyə Mauritius hökumətinə bağlı olan MauritiusNow.com saytının reklamı göstərilməlidi. Həmçinin ildə 8 oyun üçün qarşı tərəfə 4 bilet verilməlidi. Bunlardan 4-ü VİP tribunaya, 4-ü azarkeş tribunasına olmalıdı. Müqavilə Premyer Liqa və Federasiya Kubokunun oyunlarını əhatə edir. Mauritius hökuməti 8 milyon avronu qarşı tərəfə nağd olaraq ödəyib.

 

Amma "Liverpul" "Tottenhem"lə oyunda ölkənin adını səhv yazıb. Belə ki, reklamda Mauritius əvəzinə "Mauritus" yazılıb və bu səhv 6 dəfə təkrar olunub.

 

"Liverpul"un səhvi Afrika ölkəsində narazılıqlara səbəb olub. Ölkə əhalisinin əksəriyyəti İngiltərə klubuna ödənilən 8 milyon avronun isfarçılıq olduğunu düşünür.

 

Qeyd edək ki, Mauritius Afrika qitəsinə bağlı bir ada ölkəsidi. Ölkə Madaqaskarın şərqində, Hind okeanının cənub-qərbində yerləşir. Ölkənin ərazisi 2.040 kvadrat km, əhalisi 1 milyon 265 min nəfərdi (fanat.az).

 

Xəbər xətti