"Atalanta"nın futbolçusu milliyə görə vətəndaşlığını dəyişdi

21:21 - 18 Fevral 2021

İtaliyanın “Atalanta” klubunun müdafiəçisi Rafael Toloy vətəndaşlığını dəyişib.

 

Sportal.az xəbər verir ki, braziliyalı oyunçu İtaliya vətəndaşlığını alın. FIFA 30 yaşlı futbolçunun müraciətini müsbət cavablandırıb. Toloy İtaliya millisində oynamaq üçün bu addımı atıb.

 

Mərkəz müdafiəçisi 2014-cü ildə Braziliyanın "San Paulu" klubundan "Roma"ya keçib. O, 2015-ci ildən "Atalanta"da çıxış edir.

 

Toloy Braziliyanın əsas millisində oynamadığı üçün İtaliya yığmasına dəvət ala bilər.

 

Toloy bu mövsüm keçirdiyi 27 oyunda 2 qol vurub.

Xəbər xətti