Çempionlar Liqasının 1/8 finalında "Portu" ilə ilk matçda zədələnən "Yuventus"un futbolçusu Corco Kyellininin durumuna aydınlıq gəlib.
Sportal.az xəbər verir ki, 36 yaşlı müdafiəçi ən azı iki həftə yaşıl meydanlardan kənar qalacaq.
"Yuventus" Portuqaliyada keçirilən matçda 1:2 hesabı ilə uduzub. Komandalar arasında cavab oyunu martın 9-da olacaq.
saytlarin hazirlanmasi