"Çelsi"də qalmaqal: Tuxel Rüdiqeri məşqdən qovdu

15:41 - 5 Aprel 2021

Premyer Liqanın 31-ci turunda "Vest Bromviç"ə 2:5 hesabı ilə uduzan "Çelsi"nin ötən gün keçirilən məşqində qalmaqal baş verib.

 

Sportal.az "The Telegraph"a istinadla xəbər verir ki, məşq zamanı komandanın qapıçısı Kepa Arrisabalaqa ilə müdafiəçi Antonio Rudiqer dava ediblər. Onlar arasında gərginliyi görən baş məşqçi Tomas Tuxel vəziyyətə müdaxilə edib və Antonio Rüdiqeri məşqdən uzaqlaşdırıb.

 

"Çelsi" aprelin 7-də Çempionlar Liqasının 1/4 finalında "Portu" ilə qarşılaşacaq.

Xəbər xətti