"Vulverhempton"un futbolçusuna Ukrayna millisində oynamağa icazə verilmədi

12:53 - 6 Aprel 2021

FIFA Ukrayna Futbol Federasiyasının “Vulverhempton”un müdafiəçisi Maks Kilmanı milliləşdirməsinə icazə verməyib.

 

Sportal.az xəbər verir ki, 23 yaşlı futbolçu İngiltərənin futzal millisində 8 rəsmi oyun keçirdiyi üçün Ukrayna Futol Federasiyasına mənfi cavab verilib.

 

Kilmanın atası Aleksandr Moskvada, anası Mariya isə Kiyevdə doğulub. Londonda dünyaya gələn müdafiəçi 2018-ci ildən "Vulverhempton"da çıxış edir. O, bu mövsüm "canavarlar"da 17 oyun keçirib, 2 məhsuldar ötürmə edib.

Xəbər xətti