"Mançester Siti" norveçli yarımmüdafiəçini transfer etmək istəyir

16:16 - 7 Aprel 2021

"Mançester Siti" "Şeffild Yunayted"in yarımmüdafiəçisi Sander Berqeni transfer etmək istəyir.

 

Sportal.az "Standard Sport"a istinadla xəbər verir ki, "şəhərlilər"in baş məşqçisi Pep Qvardiola norveçli futbolçunun oyunlarını izləyib və transfer edilməsini rəhbərlikdən istəyib. Premyer Liqadan düşəcəyi gözlənilən "Şeffild Yunayted" isə 23 yaşlı futbolçunu 30 milyon avroya satmağa hazırlaşır.

 

"Şeffild Yunayted" Berqeni 2020-ci ilin yanvarında Belçikanın "Genk" klubundan 24 milyon avroya transfer edib. O, bu mövsüm Premyer Liqada keçirdiyi 13 oyunda 1 qol vurub, 1 məhsuldar ötürmə edib.

Xəbər xətti