Azərbaycan millisi FIFA reytinqində gerilədi

16:40 - 7 Aprel 2021

FIFA milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.

 

Sportal.az xəbər verir ki, Azərbaycan millisi 2 pillə geriləyərək, 110-cu sırada qərarlaşıb.

 

Milli martda DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Portuqaliyaya 0:1, Serbiyaya 1:2, yoldaşlıq görüşündə isə Qətərə 1:2 hesabıyla uduzub.

 

Azərbaycan yığmasının DÇ-2022-nin seçmə mərhələsindəki rəqiblərindən olan Portuqaliya yığması 5-ci, Serbiya 25-ci, Lüksemburq 96-cı, İrlandiya isə 47-ci pillədə yer alıb.

 

Reytinq cədvəlinə 1780 xalla Belçika millisi başçılıq edir. 1755 xalla Fransa yığması 2-ci, 1743 xalı olan Braziliya isə 3-cüdür.

Xəbər xətti