Qurban Qurbanov - 49!

11:11 - 13 Aprel 2021

Bu gün “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun doğum günüdür.

 

Sportal.az xəbər verir ki, 49 yaşı tamam olan mütəxəssis 2008-ci ildən “Qarabağ”ı çalışdırır. Bu müddət ərzində komanda onun rəhbərliyi ilə ardıcıl 7 dəfə Azərbaycan çempionu olub, həmçinin 4 dəfə ölkə kubokunu qazanıb.

 

Ağdamlılar Qurban Qurbanovun başçılığı ilə 6 dəfə Avropa liqasının qrup mərhələsində mübarizə aparıb. Bundan əlavə, “Qarabağ” 2017/2018 mövsümündə Azərbaycan futbol tarixində ilk dəfə çempionlar liqasının qrup mərhələsində çıxış edib.

 

 

Qurban Qurbanovu təbrik edir, ona uzun və sağlam ömür, fəaliyyətində uğurlar arzulayırıq!

Xəbər xətti