"Zirə" "Neftçi" önünə Ağabalasız çıxacaq

21:40 - 15 Aprel 2021

Premyer Liqanın 23-cü turunda "Neftçi"nin qonağı olacaq "Zirə" oyuna ciddi itki ilə çıxacaq.

 

Sportal.az xəbər verir ki, komandanın kapitanı Ağabala Ramazanov bu görüşdə iştirak etməyəcək. Sarı vərəqə limitini dolduran hücumçu cəzalı duruma düşüb.

 

Aprelin 17-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Zirə" oyunu saat 20:15-də başlayacaq.

Xəbər xətti