"Qarabağ"da şok itki: xəstəxanaya aparıldı

19:19 - 16 Aprel 2021

Azərbaycan Premyer Liqasının XXIII turunda "Qarabağ" "Səbail"in qonağıdı.

 

Spotal.az xəbər verir ki, Ağdam klubu matçda daha bir futbolçusunu itirib. Komandanın qapıçısı Şahruddin Məhəmmədəliyev zədələnib. O, rəqib hücumçu Amil Yunanovla mübarizədə xəsarət alıb. Daha Doğrusu, Yunanov topa zərbə endirmək istəyərkən zərbəsi Məhəmmədəliyevin başına dəyib. Bundan sonra qolkiper yerdə qalıb. Xoşbəxtlikdən həkimlərin müdaxiləsindən sonra Şahruddin ayağa qala bilib. Başına sarğı qoyulan qapıçı mübarizəni davam etdirmək istəsə də, həkimlər buna icazə verməyib. Məhəmmədəliyev Emil Balayevlə əvəzlənib.

 

Bundan öncə "Qarabağ"ın heyətində Filip Ozobiç zədələnərək yerini Uroş Matiçə verib.

 

***

 

Son məlumata görə, Məhəmmədəliyevin zədəsi ciddidi. Az öncə o, xəstəxanaya aparılıb. Məhəmmədəliyevin mövsümün qalan hissəsində meydana çıxması sual altındadı. Ən azı 1 ay oynamayacağı dəqiqləşib. 

Xəbər xətti