Yığma "Sumqayıt"a yenildi

23:55 - 19 Aprel 2021

Bakıda təlim-məşq toplanışında olan 18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində ilk yoxlama oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, millimiz “Sumqayıt”ın əvəzedici heyəti ilə qarşılaşıb.

 

Üç qolun qeydə alındığı oyunda yığma komanda 1:2 hesabı ilə məğlub olub. U-18-in heyətində Ağadadaş Salyanski fərqlənib.

 

Millimz hazırlıq çərçivəsində növbəti oyununu aprelin 21-də I Divizion təmsilçisi “Qaradağ Lökbatan”a qarşı keçirəcək.

Xəbər xətti