“Sabah”ın hakimi təhqir edən baş məşqçisinə sərt cəza

13:13 - 20 Aprel 2021

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

 

Sportal.az xəbər verir ki, iclasda Azərbaycan 1-ci divizionunun 21-ci və 22-ci turu ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

 

1-ci divizionun 21 turunun “Qaradağ Lökbatan” – “Kəpəz” oyununda “Kəpəz” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur;

 

Oyunda topdaşıyan şəxslərin yaş həddi pozulduğu üçün “Qaradağ Lökbatan” klubu 80 manat cərimə olunur;

 

21-ci turun “Turan Tovuz” – “Sumqayıt-2” oyununda “Turan Tovuz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur;

 

21-ci turun “Sabah-2” – “Qarabağ-2” oyununda “Qarabağ-2” klubunun 7 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur;

 

21-ci turun “Zaqatala” – MOİK oyununda “Zaqatala” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur;

 

1-ci divizionun 22-ci turunun “Keşlə-2” – “Sabah-2” oyunu bitdikdən sonra “Sabah-2” komandasının baş məşqçisi İlqar Mənsimov hakimə etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığına və daha sonra dəhlizə daxil olarkən hakimi təhqir etdiyinə görə 5 oyun cəzalanır, klub 400 manat cərimələnir;

 

22-ci turun “Sumqayıt-2” – “Neftçi-2” oyununda “Sumqayıt-2” komandasının 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur;

 

“Sumqayıt-2” komandasının futbolçusu Tahir Zeynalov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur;

 

22-ci turun “Qaradağ Lökbatan” – “Turan Tovuz” oyununda “Turan Tovuz” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur;

 

22-ci turun “Kəpəz” – MOİK oyununda “Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur;

 

MOİK klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur;

 

22-ci turun “Qarabağ-2” – “Zaqatala” oyununda “Qarabağ-2” komandasının baş məşqçisi Cavad Mirzəbəyli ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 80 manat cərimələnir;

 

Oyunda topdaşıyan şəxslərin yaş həddi pozulduğu üçün “Qarabağ-2” 80 manat cərimə olunur;

 

“Zaqatala” klubunun məşqçisi Nəsib Əliyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 80 manat cərimələnir;

 

“Zaqatala” klubunun futbolçusu Xəlil Bəşirov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.

Xəbər xətti