"Super Liqanın məqsədi ancaq puldur" - Yurgen Klopp

15:15 - 20 Aprel 2021

"Liverpul"un baş məşqçisi Yurgen Klopp Avropa Super Liqasının təsis edilməsi ilə bağlı açıqlama verib.

 

Sportal.az xəbər verir ki, almaniyalı mütəxəssis bu turniri dəstəkləmədəyini deyib:

 

"Super Liqa ilə bağlı fikrim dəyişməyib. İnsanlar da razı deyil, bunu başa düşürəm. Mən və futbolçular verilən qərarlara daxil deyilik, ancaq "Liverpul" bəzi qərarlardan daha böyükdür. Məqsədim hər zaman Çempionlar Liqasının bir parçası olmaqdır. Məsələn, "Vest Hem" bu mövsüm Çempionlar Liqasına yüksələ bilər. Mən onların ÇL-də oynamağa can atmalarını bəyənirəm.

 

12 klubun Super Liqada oynamaq istəklərini anlaya bilmirəm. UEFA və FIFA bəzi şeylərə qərar verə bilməz. UEFA ÇL-də yeni sistem tətbiq etdi. Oyunların çox olmasından razı deyiləm və buun dəfələrlə açıq şəkildə söyləmişəm. Həmişə oyunların çox olmasını düşünürlər. Lakin futbolçuları düşünən yoxdur! UEFA və klublar üçün oyunları artırmaq ancaq pula bağlıdır. Super Liqa da belədir, pula görə yaradılıb.

 

Razıyam, futbolda bəzi dəyişikliklər olmalıdır. Amma bunu planla etmək lazımdır. Zamana ehtiyac var. Çempionlar Liqasına vəsiqə qazanmasaq, bu, xoşuma gəlməz, amma hamı kimi zəhmət çəkməli və turnirdə oynamağı haqq etməliyik. "Liverpul"da özümü cavabdeh hiss edirəm. Ancaq bu qərar bizdən xəbərsiz verilib. Hamı təəccüb içindədir, kimsə nələr olacağını bilmir, futbol dünyası bir-birinə dəyib. "Lids" rəhbərliyi oyundan öncə paltardəyişmə otağımıza "Futbol azarkeşlər üçündür. Bunu qazanın" köynəklərini qoyub. Təbii ki, bunu görmək mənə xoş olmadı. Klub rəhbərliyi mənə açıqlama verəcək".

 

"Sky Sports"un əməkdaşı olan keçmiş futbolçu Qari Nevill "Liverpul" rəhbərliyini Super Liqada çıxış etməyə razı olduğu üçün sərt tənqid edib. Almaniyalı mütəxəssis Nevillin cavabını verib:

 

"Kaş insanlar haqqımızda danışmasaydılar... Kaş Qari Nevill pulun çox olmadığı yerdə olardı. Daha əvvəl pulun ən çox olduğu "Mançester Yunayted"də idi. İndi isə pulun ən çox olduğu "Sky Sports"dadır".

Xəbər xətti